Azərbaycan vətəndaşlarının Gürcüstandan növbəti təxliyəsi həyata keçiriləcək
2020-01-12 14:02
Koronavirus pandemiyası səbəbindən Gürcüstanı tərk edə bilməyən daha 250 nəfər Azərbaycana təxliyə olunacaq. Proses yanvarın 15-də Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq. Şəxslər öncə koronavirus testindən keçiriləcəklər. Pandemiya dövründə Gürcüstan vasitəsilə 2 minə yaxın azərbaycanlının ölkəmizə qayıtması təmin edilib.
Fərid Mehdiyev