Azərbaycan vətəndaşlarının Çindən təxliyə prosesi başa çatıb
2020-02-01 12:00
Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşları təxliyə edilib. Sərnişinlər şəhərin hava limanında müayinə edilib və onlarda qızdırma, habelə başqa əlamətlər aşkarlanmayıb. Xüsusi vasitələrlə dezinfeksiya edilən təyyarə əvvəlcə yanacaq üçün Ulan-Batora uçub, bundan sonra Türkiyənin paytaxtı Ankarada yerə enəcək.
Ruhəngiz Hacızadə