Azərbaycan və Tacikistan dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
Bizim hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir. Ticarət dövriyyəsinin statistik rəqəmləri ilə tanış olduqdan sonra, əlbəttə ki, onların hələlik bizi qane edə biləcəyini deyə bilmərik. Bu sözləri prezident İlham Əliyev Azərbaycanda dövlət səfərində olan Tacikistan Prezidenti Emoməli Rəhmonla geniş tərkibdə görüşü zamanı deyib. Nəqliyyat sektorunda əməkdaşlıqdan danışan dövlət başçısı Transxəzər nəqliyyat dəhlizi Avropa və Mərkəzi Asiya üçün getdikcə daha çox əhəmiyyət kəsb etdiyini bildirib. Görüşdən sonra Azərbaycan-Tacikistan sənədləri imzalanıb və dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
Fərid Mehdiyev