Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada gəzinti zamanı şəhərin balaca sakinləri ilə görüşüblər.Dövlət başçısı balaca sakinlərlə səmimi söhbətindən sonra onlarla foto çəkdirib.Daha sonra dövlət başçıları Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verib.Təməli 2021-ci ildə Azərbaycan dövlət başçısı tərəfindən qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan bu kompleksdə iyirmi üç bina inşa edilib. Kompleksdə keçmiş məcburi köçkünlər, həmçinin xidməti mənzillərdə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayırlarDövlət başçıları Şuşa məscidində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar. Sərgidə Ümummilli Lider Heydər Əliyevin Qarabağın inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş etdirilir.
23 iyun 2026

