Azərbaycan və Türkiyənin Baş prokurorları Gəncəyə səfər ediblər
2021-06-02 12:07
Baş prokuror Kamran Əliyevlə birlikdə Gəncəyə səfər edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti Nizami məqbərəsini ziyarət edib, Gəncə şəhər prokurorluğunun inzibati binasında yaradılan şəraitlə tanış olub, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib. Erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsi ehtiramla anılıb.
Vüsalə Camal