Azərbaycan və Türkiyə milli şahmat komandaları dostluq görüşü keçirəcəklər. İştirakçılardan biri də Gəncə şahmatçısıdır
2020-08-07 10:09
Azərbaycan və Türkiyə milli komandaları arasında avqustun 8-i 10-u tarixləri aralığında "Bir Millət, İki Dövlət" şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü təşkil olunacaq. Qarşıdakı görüşlər üçün Azərbaycan komandasının heyətinə cəlb olunanlar arasında Gəncə şahmatçısı da var. Bu, Avropa çempionatının mükafatçısı Ülviyyə Fətəliyevadır.
Nərgiz Camal