Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib
2020-11-11 12:00
Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar arasında görüş keçirilib. Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. “Azərbaycanlı qardaşlarımızın uğurlarını öz uğurlarımız kimi qəbul etdik. Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!”, - deyə Hulusi Akar vurğulayıb.
Vüsalə Camal