Azərbaycan və Türkiyə bayraqları kosmosda birgə dalğalanacaq
Azərbaycan və Türkiyə bayraqları Yer kürəsində daima yan-yana olduğu kimi, mənim kosmosa səyahətimdə də yan-yana sinəmin üstündə yerini alacaq. Bu sözləri suborbital uçuşa hazırlaşan Türkiyə tarixində ikinci astronavt Tuva Cihangir Atasever Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə canlı bağlantı vasitəsilə söhbəti zamanı deyib. Türkiyə lideri kosmonavta kosmosda iki qardaşı təmsil edəcəyini xatırladıb.
Fərid Mehdiyev