Azərbaycan və Slovakiya parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb
Slovakiya Milli Şurasının sədri Rixard Raşi Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə olub. Rixard Raşi parlamentlərarası əlaqələrin və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. O, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının vacibliyini qeyd edib, həmçinin Azərbaycanla Slovakiya arasında iqtisadiyyat, təhsil, mədəniyyət, müdafiə sənayesi və enerji sahələrində əməkdaşlıq perspektivlərindən danışıb.Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Slovakiya Milli Şurası arasında Anlaşma Memorandumu imzalanıb.
13 may 2026

