Canlı
Azərbaycan və Rusiya yeni gömrük layihəsi həyata keçirəcək

Azərbaycan və Rusiya gömrük xidmətləri arasında yeni layihə həyata keçiriləcək. İki ölkənin bir-birilə mövcud sərhəd buraxılış məntəqələrində operativlik artırılacaq. İmzalanan protokol mallar və nəqliyyat vasitələrinə dair məlumatları qabaqcadan əldə etmək, bu məlumatlar əsasında həmin mallara və nəqliyyat vasitələrinə nəzarəti daha optimal şəkildə təmin etməkdən ibarətdir. Sözügedən layihənin 6 ay ərzində sınaqdan keçirilərək işə düşməsi planlaşdırılır.

Vüsalə Camal