Baş nazirin müavini Şahin Mustafayev rusiyalı həmkarı Aleksey Overçuk ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında Azərbaycan və Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və yük daşımalarının artırılmasını müzakirə edib.Görüşdə ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması, nəqliyyat əlaqələrinin inkişafı və sərhəd-keçid məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetiriblər.Həmçinin yüksək səviyyədə əldə olunan razılaşmaların və hökumətlərarası komissiyanın 24-cü iclasının qərarlarının icrası nəzərdən keçirilib.
06 oktyabr 2026

