Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb
Azərbaycan və Rusiya fövqəladə hallar sahəsində əməkdaşlığı genişləndirir. Bakıda fövqəladə hallar naziri Kəmaləddin Heydərov rusiyalı həmkarı Aleksandr Kurenkovla görüşüb. Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq, təcrübə mübadiləsi və peşəkar kadr hazırlığı müzakirə olunub. Tərəflər 2027–2029-cu illəri əhatə edən Birgə Tədbirlər Planını imzalayıblar. Sənəd fövqəladə hallarla mübarizə sahəsində əlaqələrin inkişafını nəzərdə tutur.
04 noyabr 2026

