Azərbaycan və Qafqaz bölgəsini öyrənən yeni Britaniya Fondu yaradılacaq

Dünən həmçinin Londonda Böyük Britaniyanın Lordlar Palatasında Oksford Universitetinin Nizami Gəncəvi adına mərkəzinin Azərbaycan və Britaniya tərəfdən rəhbərləri professor Nərgiz Paşayeva və professor Robert Hoyland Lordlar Palatasının üzvü, Avropa Şurasının 2003 - 2006-cı illərdə Azərbaycan üzrə məruzəçisi Lord Malkolm Brusla görüş keçiriblər. Görüşün əsas məqsədi, Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun yaradılması ilə bağlı olub. Yaradılan Fondun yaxın gələcəkdə Londonda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.
Vüsalə Camal