Azərbaycan və Pakistan prezidentləri arasında telefon danışığı olub
2020-05-08 14:00
Pakistanın Prezidenti Arif Alvi Azərbaycanın Prezidenti İlham Əliyevə telefonla zəng edib. Pakistan Prezidenti Azərbaycanlı həmkarının təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr olunan videokonfransının pandemiya ilə mübarizə sahəsində səylərin gücləndirilməsi baxımından önəmini qeyd edib. Dövlət başçıları koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışıblar, o cümlədən ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Nərgiz Camal