Azərbaycan və Konqo prezidentlərinin müzakirə etdiyi məsələlər açıqlanıb
Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır və bu gün təkbətək görüşdə biz bir çox məsələləri geniş müzakirə etdik. Biz bu gün siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında danışmışıq. Bunu Prezident İlham Əliyev Konqo Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü zamanı deyib. Dövlət başçısı qeyd edib ki, imzalanan sənədlər və əldə edilmiş razılaşmalar əməkdaşlığı böyük dərəcədə gücləndirəcək.
Fərid Mehdiyev