Azərbaycan və İsveçrə 2-ci qrupda yer alıb

2019-09-10 14:30

Azərbaycan və İsveçrənin 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında Avropa çempionatının seçmə oyunu Sumqayıtda keçiriləcək. Qarşılaşma oktyabrın 15-də Sumqayıt şəhər stadionunda təşkil olunacaq. Beləliklə, gənclik şəhəri uzun müddət sonra beynəlxalq oyuna ev sahibliyi edəcək. Azərbaycan və İsveçrə 2-ci qrupda yer alıb.

Ruhəngiz Hacızadə