Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Azərbaycanın Minatəmizləmə Agentliyi ilə İsrail arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub.ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrailin ölkəmizdəki səfiri Ronen Krauszla görüşüb.Görüşdə Azərbaycandakı mina probleminin miqyası, humanitar minatəmizləmə işlərinin gedişi, İsrailin dəstək imkanları, eləcə də qabaqcıl texnologiya və innovativ həllərin bu prosesdə tətbiqi müzakirə edilib.
06 oktyabr 2026

