Azərbaycan və İraq prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Biz Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib. Bu sözləri Prezident İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib. Bunun ermənilərə Fransadan pis məsləhətlərin verilməsi olduğunu qeyd edib. "Ermənistanı silahlandırmaqla Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək" - deyə dövlət başçısı vurğulayıb.
Lalə Nəsib