Canlı
Azərbaycan və İran müştərək avtomobil zavodunun açılışı olacaq

2018-02-13 / 18:02

Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun rəsmi açılışı bu ilin mart ayında baş tutacaq. “İran Xodro” şirkətin baş direktoru Haşim Yekke Zare deyib ki, zavod Neftçala sənaye məhəlləsində fəaliyyət göstərəcək. "Şirkətdə İran tərəfi 25%, Azərbaycan tərəfi isə 75% paya malikdir. Şirkət Rana və Dena tipli avtomobillər istehsal edəcək", - deyə baş direktor vurğulayıb.

Vüsalə Camal