Azərbaycan və İordaniya regional təhlükəsizlik mühitinin pisləşməsinin yolverilməz olduğunu vurğulayıblar
Xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əl-Səfadi ilə telefon danışığı aparıb.Yaxın Şərqdə mövcud hərbi-siyasi vəziyyət və artan gərginlik müzakirə olunub. Tərəflər regional təhlükəsizlik mühitinin daha da pisləşməsinin yolverilməz olduğunu qeyd ediblər.Nazirlər mövcud fikir ayrılıqlarının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dialoq və diplomatik vasitələrlə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.Mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının və humanitar vəziyyətin ağırlaşmasının qarşısının alınmasının prioritet əhəmiyyət daşıdığı bildirilib.
03 mart 2026

