Azərbaycan və Gürcüstanın müdafiə nazirlikləri əməkdaşlıq planı imzalayıblar

2019-06-12 14:22

Qəbələdə Azərbaycan və Gürcüstanın müdafiə nazirləri görüşüblər. Tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar. Sonda Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Ruhəngiz Hacızadə