Azərbaycan və Ermənistana keçmiş Yuqoslaviya ölkələri nümunəsində qazıntı aparılması təklif edilib
Azərbaycan və Ermənistana itkin şəxslərlə bağlı keçmiş Yuqoslaviya ölkələrinin təcrübəsindən istifadə etmək təklif olunub.İtkin Şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger bildirib ki, tərəflər birgə qazıntı prosesi yarada və qarşılıqlı məlumat bazasından istifadə edə bilərlər.DNT və digər məlumatların paylaşılması itkin şəxslərin müəyyənləşdirilməsinə kömək edə bilər.Bu model transsərhəd münaqişə yaşayan digər ölkələrə də tövsiyə olunur.
07 oktyabr 2026

