Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər

2019-12-02 16:06

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüş yeri və vaxtı məlum olub. 4 dekabrda Bratislava şəhərində keçiriləcək ATƏT-in Nazirlər görüşü çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

Vüsalə Camal