Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş baş tutacaq
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında yaxın zamanda ikitərəfli görüş keçirilə bilər.Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla növbəti görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub.Tərəflər sonuncu dəfə Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatında tədbiri çərçivəsində bir sıra məsələləri müzakirə ediblər.
09 sentyabr 2026

