Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında görüş başlayıb
2020-01-29 18:04
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş başlayıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva "Twitter" hesabında qeyd edib. Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir. Cenevrədə ötən gün hər iki nazir vasitəçilərlə bir araya gəliblər.
Vüsalə Camal