Azərbaycan və Ermənistan liderlərinin nümayiş etdirdiyi cəsarət və məsuliyyət davamlı sülhə yol aça bilər - Almaniya XİN rəhbəri
Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsini dəstəkləyir.Bu barədə Almaniyanın xarici işlər naziri İohann Vadeful Bakı və İrəvana səfəri ərəfəsində bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın nümayiş etdirdiyi cəsarət və məsuliyyət Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əsas yarada bilər. Ötən il sülh sazişinin mətninin paraflanması mühüm mərhələ olub və proses ardıcıl şəkildə davam etdirilməlidir. O, regionda təhlükəsizliyin gücləndirilməsinin, nəqliyyat marşrutlarının açılmasının və iqtisadi imkanların yaradılmasının vacibliyini vurğulayıb.
17 noyabr 2026

