Azərbaycan və Ermənistan liderləri sülh prosesini davam etdirmək barədə razılığa gəliblər

Prezident İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.Liderlər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Zirvə görüşünün, Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar. Görüşdə Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, Azərbaycan ərazisindən Ermənistana tranzit daşımalar və iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm göstəricisi kimi qiymətləndirilib. Tərəflər sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyətinin davam etdirilməsinin vacibliyini qeyd edib, həmçinin TRIPP layihəsinin həyata keçirilməsi və bağlantı imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.İlham Əliyev və Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün möhkəmləndirilməsi və münasibətlərin normallaşdırılması istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

31 avqust 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik