Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıyıblar
Praqada üst-üstə 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan 4 tərəfli görüşün nəticəsi olaraq qəbul edilən bəyanatda Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıyıblar. Burada BMT nizamnaməsi əsas sənəd kimi götürülüb. Bu, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edir. Suverenliyi tanımaqla, Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır. Prezident İlham Əliyev sülh müqaviləsi üzərində aparılan işlə bağlı da açıqlama verib.