Azərbaycan və Ermənistan arasında dialoqun dəstəklənməsi davam etdiriləcək - Aİ

2019-11-30 16:02

Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerini Avropa Parlamentinin şərq qonşuluğunda inkişaf mövzusunda keçirilən müzakirələrində çıxış edib. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün işin Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə dialoqun dəstəklənməsinin və təşviq edilməsinin davam etdiriləcəyini bildirib.

Vüsalə Camal