Azərbaycan və BMT qurumu terrorçuluğa qarşı əməkdaşlığı müzakirə edib
Baş prokuror Kamran Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Terrorçuluğun qarşısının alınması şöbəsinin rəhbəri Roberto Arbitrionu qəbul edib.Görüşdə terrorçuluqla mübarizə, terrorçuluğun maliyyələşdirilməsi, mütəşəkkil cinayətkarlıqla əlaqələr, kritik infrastrukturun mühafizəsi, eləcə də yeni texnologiya və virtual aktivlərdən terror məqsədləri üçün istifadənin qarşısının alınması üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
21 sentyabr 2026

