Azərbaycan və BMT Çərçivə proqramı üzrə gələcək əməkdaşlığı müzakirə ediblər
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç 2026–2030-cu illər üzrə Əməkdaşlıq Çərçivə Proqramı çərçivəsində gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşdə tərəfdaşlığın inkişafı və Azərbaycanın davamlı inkişaf üzrə milli prioritetlərinin dəstəklənməsi məsələləri diqqət mərkəzində olub.
30 yanvar 2026

