2021-09-30 12:13
Bir il öncə, senyabrın 27-i başlayan Vətən müharibəsinin dördüncü günü də Azərbaycan ordusu torpaqlarımızın Ermənistanın işğalından azad olunması üçün qəhrəmancasına mübarizəni davam etdirib. Ordumuzun Harop dağıdıcı dronu vasitəsilə yüksək rütbəli erməni zabitlərinin toplaşdığı bunker dağıdılıb, cəbhənin müxtəlif istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin 1 ədəd "Uraqan" yaylım atəşli reaktiv sistemi, 2 ədəd "9K33 Osa" zenit-raket kompleksi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını, 4 ədəd D-20 haubitsa-topu, 16 ədəd tank və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib. Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Keçirilən digər döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun 8 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.
Nərgiz camal