Azərbaycan UNESKO-nun mandatının səmərəli həyata keçirilməsinə töhfə verir - Elnur Məmmədov
Bu gün Azərbaycan İcraiyyə Şurasının üzvü kimi UNESKO-nun mandatının səmərəli həyata keçirilməsinə dəyərli töhfə verir. Bunu Xarici işlər nazirinin müavini Elnur Məmmədov UNESKO-nun 42-ci Baş Konfransında söyləyib. "Biz həmçinin Silahlı Münaqişələr zamanı Mədəni Sərvətlərin Mühafizəsi Komitəsində-uzun müddət silahlı təcavüz və işğaldan əziyyət çəkdiyimiz görə bizim üçün son dərəcə vacib olan komitədə fəaliyyət göstəririk”, - deyə Nazir müavini qeyd edib.
Nərgiz Camalzadə