Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına 6-cı lisenziyasını qazanıb

2019-11-09 12:00

Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına 6-cı lisenziyasını qazanıb. Buna para-atlet Samir Nəbiyev nail olub. Nəbiyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında kişilər arasında nüvə itələmə yarışında 4-cü yeri tutub. O, ilk "dördlüy"ə düşdüyü üçün paralimpiadada iştirak hüququna yiyələnib.

Ruhəngiz Hacızadə