Azərbaycan taekvondoçuları Polşada 3 medal qazanıblar
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət millisinin üzvləri Polşada keçirilən "Polish Open" beynəlxalq turnirində 3 medal qazanıblar.Komandamızın üzvü Minayə Əkbərova bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Millimizin üzvləri Qaşim Maqomedov və Cavad Ağayev isə bürünc medallara sahib çıxıblar.