Azərbaycan təmsilçiləri İspaniyada şahmat festivalında liderlər qrupunda yer alıblar
2021-12-15 16:00
İspaniyanın Sitjes şəhərində şahmat festivalı davam edir. A turnirində mübarizə aparan Azərbaycan şahmatçıları - Aydın Süleymanlı, Eltac Səfərli və Məhəmməd Muradlı 2 turdan sonra maksimum xalla liderlər qrupunda yer alıblar. Digər təmsilçilərimiz Ülviyyə Fətəliyeva, Niyazi Cəfərov və Amil Abbasov isə 1 xala malikdirlər. Turnir dekabrın 23-dək davam edəcək.
Vüsalə camal