Azərbaycan tədricən köhnə kartof idxalını dayandıracaq

2019-11-19 14:05

"Azərbaycanda ilik kartof istehsalının həcmi 900 min tondur. Bu rəqəm getdikcə artır və idxalın əvəzlənməsi prosesi gedir". Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, hazırda Azərbaycan Rusiyadan ildə 90-100 min ton köhnə kartof idxal edir. Tədricən bu proses dayanacaq və köhnə kartofun ixrac potensialı yaranacaq.

Ruhəngiz Hacızadə