Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir
2021-06-23 18:06
Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün qardaş ölkəyə yola düşür. İyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb. Son məlumata görə, yanğının söndürülməsinə 27 helikopter, 14 təyyarə və 2 604 canlı qüvvə cəlb edilib.
Nərgiz camal