Azərbaycan Türkiyənin ali məktəblərində təhsil alan tələbələrin sayına görə ikinci yer tutur
Azərbaycan vətəndaşları Türkiyənin ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayına görə ikinci yer tutur. 2023/2024-cü tədris ilinin sonuna qardaş ölkənin universitetlərində 40 min 354 azərbaycanlı təhsil alıb ki, bu da Türkiyədə əcnəbi tələbələrin ümumi sayının 12 faizini təşkil edib.
Zülfiyyə Telmanqızı