Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb
2021-06-03 12:00
Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb. Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir. İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Selçuk Bayraktaroğludur.
Nərgiz camal