Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimi başa çatıb
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” taktiki-xüsusi təlimi başa çatıb. Hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər. Təlimdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.
Fərid Mehdiyev