Azərbaycan Türkiyə-Ermənistan prosesini dəstəkləyir və bu Ermənistan hökuməti və siyasətçiləri üçün fürsətdir
2021-04-30 10:00
Azərbaycan Türkiyə-Ermənistan prosesini dəstəkləyir və bu Ermənistan hökuməti və siyasətçiləri üçün fürsətdir. “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev bildirib ki, qarşı tərəf bütün illüziyaları kənara qoymalı, ordunu yenidən qurmaq və güc toplayaraq torpaqları geri qaytarmaq kimi fikirlərdən vaz keçməlidirlər. "Azərbaycanla Ermənistan arasında sərhəd məsələsi ilə bağlı danışıqlar tezliklə başlayacaq. Sülh müqaviləsi ilə bağlı danışıqlara da başlamağa hazırıq və Ermənistan hökuməti tərəfindən tarixlərin verilməsini gözləyirik" deyə dövlət başçısı sözlərinə əlavə edib.
Vüsalə camal