Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert ilə görüşüb. Azərbaycan və Türkiyə respublikaları arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Zakir Həsənov İran Ordusunun Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Şəhram İranini də qəbul edib. Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Fərid Mehdiyev