Azərbaycan sərhədini qanunsuz keçib döyüşlərə qatılan əcnəbilər müəyyən edilib
2020-10-19 13:04
Baş Prokurorluq araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatları üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib. Onların Azərbaycan silahlı qüvvələrinə qarşı, eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib. Xarici ölkə vətəndaşlarının Azərbaycanın ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində maarifləndirici video çarx hazırlanıb.
Nərgiz Camal