Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici vətəndaşlar saxlanılıb
Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb. DSX-nin "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyatla 1 nəfər Fələstin vətəndaşı Gürcüstandan Azərbaycan istiqamətinə, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində isə 3 nəfər Əfqanıstan vətəndaşı və 2 nəfər Əlcəzair vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
16 oktyabr 2026

