Azərbaycan səfirliyi "The Guardian"da dərc edilmiş qərəzli məqaləyə cavab verib
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimovanın “The Guardian” qəzetində dərc olunan qərəzli məqaləyə cavab məktubu yayımlanıb.Məktubda bildirilib ki, məqalədəki fikirlər mövcud reallığı əks etdirmir. Qeyd olunub ki, keçmiş münaqişədən bəhs edilərkən Azərbaycan xalqının yaşadığı faciələr, Ermənistanın işğalının humanitar və sosial nəticələri, eləcə də mina təhlükəsi nəzərə alınmalıdır.2020-ci ildə ölkənin ərazi bütövlüyü bərpa edilib. Hazırda Azərbaycan və Ermənistan arasında sülh istiqamətində mühüm irəliləyişlər əldə olunub.Məktubda diqqətin keçmiş münaqişənin yaratdığı bölünmələrə deyil, regionda sülh, əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəldilməsinin vacibliyi qeyd edilib.
08 sentyabr 2026

