Canlı
Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta bazarının “Yol xəritəsi”ni hazırlayır

2018-11-08 / 10:02

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə sığorta bazarının inkişaf istiqamətlərinin müəyyən olunması məqsədilə “Yol xəritəsi”nin hazırlanmasına dair işlərə başlanılıb. Qurumda bununla bağlı işçi qrupu yaradılıb ki, burada birliyin nümayəndələri ilə yanaşı, sığorta şirkətlərinin müxtəlif departamentlərinin rəhbər şəxsləri və mütəxəssislər, İcbari Sığorta Bürosunun nümayəndəsi, sığorta vasitəçiləri və sahə üzrə ekspertləri iştirak edirlər.

Vəfa Şairova