Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük-nəqliyyat vasitəsi saxlanılıb
2021-02-02 18:09
“Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük-nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı 74 500 ədəd inyeksiya vasitəsinin ucluqları, 49 600 ədəd müxtəlif markalı siqaretlər, 3980 qutu elektron siqaret, üzərində “Azərbaycan Respublikası, alkoqollu içkilər, idxal” yazıları olan 20 000 ədəd aksiz markaları, 24 ədəd müxtəlif markalı mobil telefonlar və 17 ədəd qidalandırıcı cihaz, 6 ədəd smart saat, 55 ədəd ratsiya və qidalandırıcı cihaz aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Vüsalə camal