Azərbaycan Qran-prisi ləğv olundu
2020-06-12 14:02
COVİD-19 koronavirus pandemiyası səbəbindən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olunur. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yaydığı açıqlamada deyilir ki, bilet sahiblərində biletlərin qaytarılması ilə bağlı hər hansı bir sual yarandıqda BŞH komandası kömək etməyə hazırdır. Azərbaycan Qran-prisindən əlavə, Yaponiya və Sinqapurdakı yarışlar da ləğv olunub.
Nərgiz Camal