Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda gündəlik həyatı yenidən qurur
Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva WUF13 çərçivəsində çıxışında deyib ki, Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda yalnız dağıdılmış infrastrukturu deyil, həm də insanların etimadını və gündəlik həyatını yenidən qurur.Münaqişədən sonrakı ərazilərdə 9 yeni “ağıllı şəhər” və yüzlərlə yaşayış məntəqəsi inşa edilir. Burada əsas məqsəd yalnız bərpa deyil, insanların inkişaf edib firavan yaşaya biləcəyi mühit formalaşdırmaqdır.Yaşıl enerji, rəqəmsal innovasiyalar və insan mərkəzli şəhərsalma yanaşmaları vasitəsilə insanların yaşaması, işləməsi və təhsil alması üçün yeni imkanlar yaradılır. Hazırda həmin ərazilərdə təxminən 85 min nəfər yaşayır, işləyir və təhsil alır.
21 may 2026

